6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
13 Avqust, 2026
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin
ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında
qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
Dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil
olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.
Xatırladaq ki, yeni ekspres marşrutlar:
M1 – metronun “Elmlər Akademiyası” və “28 May”
stansiyaları;
M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May”
stansiyaları;
M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May”
stansiyaları;
M4 – metronun “20 Yanvar” və “Koroğlu”
stansiyaları;
M5 – metronun “20 Yanvar” və “Gənclik”
stansiyaları;
M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik”
stansiyaları arasında fəaliyyət göstərəcək.
Sərnişinlərə xidmət göstərəcək yeni ekspres
avtobusların dayanacaq məntəqələri ilə videoda: https://www.youtube.com/watch?v=ErGd9-3jEUw tanış olmaq mümkündür.
Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9,
10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların
sayının artırılması həyata keçiriləcək.
Bu gündən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə
daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri
dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49
nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli
marşrutların isə Puşkin küçəsində təyin edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir