AYNA “Bakı KOB evi”ndə sahibkarlara ən çox xidmət göstərən qurumdur
23 Noyabr, 2023
2023-cü ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Bakı KOB evi”ndə 204 min 520 sayda xidmət göstərilib.
Ümumilikdə cari ildə “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 232 minə yaxını beş dövlət qurumu tərəfindən göstərilib. Göstəricilərə əsasən, AYNA sahibkarlara ən çox xidmət göstərən qurum olub.
Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi tutur. Bu qurumlar tərəfindən ümumilikdə 27 min 87 xidmət göstərilib.
Qeyd edək ki, AYNA tərəfindən göstərilən bir sıra xidmətlər “Bakı KOB evi”ndə bu ilin yanvar ayından təşkil edilir. Agentliyin əməkdaşları KOB evlərində «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı», «İcazə» blankları, rəqəmsal taxoqraf kartları, beynəlxalq daşıma operatorlarına buraxılış vəsiqəsi, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin, avtovağzal və avtostansiyanın fəaliyyət göstərməsi üçün pasportun verilməsi, marşrutlar üzrə müsabiqənin keçirilməsi və sərnişin daşınması haqqında müqavilənin bağlanması kimi xidmətlər təqdim edirlər.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır