AYNA daşıyıcı və sürücülərə “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”nın alınmasında dəstəyini davam etdirir
11 May, 2023
Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqindən bir ay ötür. Bu vaxta kimi “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” almaq üçün 934 daşıyıcı 6128 nəqliyyat vasitəsilə müraciət edib. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan 889 daşıyıcıya “Buraxılış vəsiqəsi” təqdim olunub. “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 5863-dür.
Qaydaların təsdiq edildiyi 2022-ci il 8 aprel tarixindən tətbiqinə başlanıldığı günədək daşıyıcılarla mütəmadi görüşlər keçirilib və onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.
Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” “Bakı KOB evi”ndə təqdim olunur. Hüquqi və fiziki şəxslər buraxılış vəsiqələrini təqdim edərək istənilən “İcazə” blanklarını “KOB evləri”ndə əldə edə bilərlər.
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib