“AYNA MaaS” – (nəqliyyatda mobillik həlli) tətbiqi istifadəyə verilib
05 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq “AYNA
MaaS” tətbiqi istifadəyə verilib.
Üç dildə (Azərbaycan, ingilis
və rus) təqdim edilən “AYNA MaaS” tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat
növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat
xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal
nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu,
skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq
vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər
planlamasını həyata keçirməyə, ödəniş üsulları, real
vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə
imkan verir.
Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da
inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin
dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat
almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.
Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini
yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin
nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə
təyin olunur.
“AYNA MaaS” vasitəsilə “Nəqliyyat” bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat
vasitələrini real zamanda görmək mümkündür.
“Yaxın dayanacaqlar” bölməsində isə ən yaxın
dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə
bilərsiniz.
“Marşrut tap” bölməsindən avtobus, qatar, metro və şəhərlərarası marşrutları
axtarıb müvafiq məlumatları əldə etmək mümkündür.
Marşrutları “Seçilmişlərə” əlavə edib daha rahat səyahət planlaşdıra və “Səfərlərim”
bölməsindən keçmiş səfərlərinizi tapa bilərsiniz.
“AYNA MaaS”-da nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim
yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə
vaxtını minimuma endirir.
Qeyd edək ki, istifadəyə verilən “AYNA MaaS” ilkin
versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək.
İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.
Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.
Tətbiqi mobil cihazınıza yükləmək üçün keçid edin:
Digər xəbərlər
19 Fevral, 2026
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır
18 Fevral, 2026
Naxçıvan şəhəri üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib
18 Fevral, 2026
“AYNA MaaS” tətbiqi bir qədər də təkmilləşdirilib
18 Fevral, 2026
5 - 8 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
16 Fevral, 2026
Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkət yenidən təşkil edilir