-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb
16 May, 2024

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.
Belə ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihə icra olunacaq.
İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.
AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan, dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur.
Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq.
Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.
Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq, kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.
Digər xəbərlər
21 Fevral, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib
20 Fevral, 2025
66, 126 və 340 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
20 Fevral, 2025
Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb
19 Fevral, 2025
AYNA müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib
18 Fevral, 2025
17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir