AYNA tərəfindən uşaqların iştirakı ilə veloyürüş təşkil edilib
01 Iyun, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların iştirakı ilə veloyürüş keçirilib. Tədbir Dənizkənarı Milli Parkda təşkil edilən mikromobillik zolağında baş tutub.
8-12 yaş aralığında uşaqlar Azərbaycanın ilk yerli velosiped brendi olan “TOBA”nın təqdim etdiyi velosipedlərlə yürüşə qatılıblar. Daha aşağı yaş qrupuna aid uşaqlar isə yürüşdə skuterlərlə iştirak ediblər.
Əvvəlcə kiçik velosipedçilərə mikromobillik vasitələrindən istifadə qaydaları, təhlükəsizlik vasitələrinin (dəbilqə) vacibliyi, yol hərəkəti qaydaları izah olunub. Yürüş iştirakçılarına “Davranış qaydaları” adlı kitablar hədiyyə edilib.
Tədbirdə uşaqların sağlam böyüməsi və fiziki fəallığının artırılmasında velosipeddən istifadənin əhəmiyyəti vurğulanıb. Sağlam həyat tərzinin uşaqlara kiçik yaşlarından aşılanmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı yaradılıb. Zolaqlar Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Son olaraq Bulvar ərazisində velosiped yolunun təşkili ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır