Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
27 Avqust, 2019
Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanın nümayəndə heyətinə NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə isə Nəqliyyat və Şəhərsalma Nazirliyinin idarə rəisi Reza Nəfizi rəhbərlik ediblər.
İclasda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər.
İclasın sonunda tərəflər arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
Digər xəbərlər
30 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
29 Oktyabr, 2026
156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir
28 Oktyabr, 2026
Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib