Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Tərcüməçi” vakansiyasını açıq elan edir
14 May, 2024
Əsas öhdəliklər:
- Beynalxalq tədbirlər və işgüzar görüşlərdə iştirak edib, sinxron şifahi tərcüməni təmin etmək; (Azərbaycan/rus/ingilis)
- Mətnin məzmununu və orijinallığını qoruyaraq müxtəlif sənədləri bir dildən digərinə tərcümə etmək;
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Tapşırıqları vaxtında və planlı şəkildə təhvil vermək;
- Sənədlərin məxfiliyini qorumaq.
Tələblər:
- Tərcümə sahəsində ali təhsil;
- Tərcümə sahəsində ən az 3 il təcrübə;
- Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan, ingilis və rus dili bilikləri;
- MS Office proqramlarında işləmə bacarığı;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Şənbə və bazar istirahət günü.
Son müraciət tarixi: 15.06.2024
Namizədlərdən CV-lərini vacancy@ayna.gov.az ünvanına “Tərcüməçi” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır