Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib
09 Iyun, 2023
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı qeyri-qanuni sərnişindaşımanın yaratdığı xoşagəlməz halların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə ərazidə reyd keçirib.
Reyd zamanı yolda dayanan, hərəkətə mane olan və sərnişinlər üçün təhlükə yaradanlarla maarifləndirici söhbət aparılıb. Taksi nəqliyyat vasitələri avtovağzal ərazisindəki Nəqliyyat Qovşağında yaradılan ödənişsiz duracağa, avtobuslar isə “Avtovağzal” metro stansiyasına cəlb edilir.
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri təşkil olunub, nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yol nişanları quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Qeyd edək ki, müxtəlif ərazilərdə tıxacın azaldılması, yolların buraxılış imkanlarının artırılması və vətəndaş məmnuniyyətinin yaradılması məqsədilə reydlər davam etdiriləcək.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır