-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
Bakı şəhərində velosiped yollarının salınmasına başlanılıb
19 Dekabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.
Artıq müvafiq nişanlanma işlərinə başlanılmışdır. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edir.
Digər xəbərlər
24 Fevral, 2025
Bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir
23 Fevral, 2025
Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib
22 Fevral, 2025
Sərnişinlərin nəzərinə!
21 Fevral, 2025
Sərnişindaşımada gücləndirilmiş iş rejimi tətbiq olunur
21 Fevral, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib