Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib
10 Avqust, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakıda son iki ildə mikromobillik
infrastrukturunun yaradılması və inkişafı istiqamətində mühüm işlər görülüb.
Mikromobillik
infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan paytaxtda velosiped və
elektrikli skuterlər 6,9 milyon dəfədən
çox sifariş olunub. Bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət
ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və
skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.
Cari
ilin 7 ayı ərzində isə kirayə
xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə
sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi
sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə
artım deməkdir.
İnfrastrukturun
genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir.
Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mikromobillik
zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.
Son 2 ildə əldə olunan nəticələr
göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan
çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə
çevrilir. Mikromobilliyin
inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat
sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın
artmasına töhfə verir.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!