-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb
02 May, 2024
Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.
Belə ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.
İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metrostansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metrostansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – "Əhmədli" metrostansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.
Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Digər xəbərlər
21 Fevral, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib
20 Fevral, 2025
66, 126 və 340 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
20 Fevral, 2025
Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb
19 Fevral, 2025
AYNA müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib
18 Fevral, 2025
17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir