Bayram günlərində 46 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
13 Noyabr, 2023
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-12 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Ümumilikdə bayram günlərində 1615 reys həyata keçirilib, 46 min 759 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edilən tarixlərdə xətlərə 70-dən çox əlavə avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
12 May, 2025
Bərdədə taksi sürücüləri üçün təlimlər təşkil edilib
08 May, 2025
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
08 May, 2025
399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırılıb
08 May, 2025
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır
03 May, 2025
27 sayda müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək