Bayram günlərində Bakıdan regionlara 2235 reys həyata keçirilib
05 Yanvar, 2023
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tapşırığına əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları 2022-ci il dekabrın 28-dən 2023-cü il yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən reysə 200-ə yaxın avtobus çıxırdısa, bu tarixlərdə xətlərə əlavə 635 avtobus buraxılıb. Ümumilikdə isə bayram günlərində regionlara 2235 reys həyata keçirilib, 64 min 195 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın qabaqcadan və gündəlik satış kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır