Bayram günlərində 47 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
20 Iyun, 2024

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Ümumilikdə bayram günlərində 1591 reys həyata keçirilib, 47 min 306 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
22 May, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib
21 May, 2025
Parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir
16 May, 2025
508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir
16 May, 2025
Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib
16 May, 2025
Avtobuslardan istifadə edənlərin sayı artıb