Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin bölgüsündə iştirak etmək istəyənlərin nəzərinə!
17 Oktyabr, 2023
“BNF İcazələri” üzrə sənəd qəbulu 1 ay uzadılıb. Belə ki, 2024-cü il üzrə “BNF İcazələri”nin bölgüsündə iştirak etmək istəyən daşıyıcılar aşağıda qeyd edilən sənədləri 16 noyabr 2023-cü il tarixinədək ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər. Sənədlərin yoxlanılması və “BNF İcazələri”nin bölgüsü daşıyıcıların iştirakı ilə komissiya tərəfindən həyata keçiriləcək.
Operator tərəfindən yazılan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Şirkətə dair:
1. daşıyıcı taxoqraf kartının surəti;
2. yalnız bir avtonəqliyyat vasitəsinə malik olduqda, 9000 (doqquz min) avro, iki və daha çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 5000 (beş min) avro aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması barədə kənar (müstəqil) auditor tərəfindən təsdiq edilən son hesabat dövrünə aid maliyyə hesabatları, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışı.
Avtonəqliyyat vasitələrinə dair:
1. dövlət qeydiyyat şəhadətnaməsinin (texpasportun) surəti;
2. avtonəqliyyat vasitələrinin ekoloji sinfini təsdiq edən sertifikat.
Sürücüyə dair:
1. sürücünün (sürücülərin) əmək müqaviləsinə dair “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;
2. sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçməsi haqqında şəhadətnamənin surəti;
3. sürücülərinin rəqəmsal taxoqraf kartlarının surəti.
QEYD:
1. “BNF İcazələri”nin bölgüsündə “Buraxılış vəsiqəsi” olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər;
2. təqdim edilən hər bir avtonəqliyyat vasitəsinin beynəlxalq daşımalara “Buraxılış kartı” olmalıdır;
3. Rusiya açıq “BNF İcazələri” yalnız Avro-6 ekoloji sinfinə aid avtonəqliyyat vasitələrinə münasibətdə bölünəcək.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır