Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
02 Oktyabr, 2026
Yol hərəkətinin
təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət
iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə
həyata keçirilib.
Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb. Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.
Sözügedən
yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən
sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.
Həyata
keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat
vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.
Digər xəbərlər
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib