-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
Bir neçə şəhərlərarası və paytaxtın qəsəbədaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
12 Mart, 2025

Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində Bakı-Gəncə,
Bakı-Astara, Bakı-Bərdə,
Bakı-Ağcabədi, Bakı-İsmayıllı,
Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir,
Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay,
Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə,
Mingəçevir-Tərtər, Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat
qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli qəsəbədaxili
avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas
avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə,
Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 Lot
üzrə aprelin 15-də;
Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar
istiqamətlərində 5 Lot üzrə aprelin 18-də;
Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid
Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5
Lot üzrə aprelin 22-də;
Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala
və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 25-də;
Quba-Xaçmaz, Nabran-Xudat istiqamətlərində, eləcə də
paytaxtın 332 nömrəli qəsəbədaxili (Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli
Aviasiya Akademiyası), 333 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Yeni yaşayış massivi
– Binə qəsəbəsi (Sovxoz yaşayış massivi)
avtobus marşrutları üzrə 4 Lotda aprelin
29-da;
334 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (karton
fabriki) - Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili
(Binə qəsəbəsi (Sovxoz yaşayış massivi) - Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi),
336 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (137-ci Binə küçəsi, Pentensiar Xidmətin
müalicə mərkəzi) - Binə qəsəbəsi (131-ci Binə küçəsi) avtobus marşrutları üzrə 3
Lotda mayın 2-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə
bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
19 Mart, 2025
Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
19 Mart, 2025
Mikromobillik şəbəkəsinin genişləndirilməsi müzakirə olunub
18 Mart, 2025
8 avtobus marşrutunun hərəkət sxemi bərpa olunub
18 Mart, 2025
Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib
17 Mart, 2025
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək