Çinlə avtomobil yük daşımalarında kvota 5 dəfə artırılıb
27 Aprel, 2026
Aprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamenti arasında tarixdə ilk dəfə olaraq beynəlxalq avtomobil daşımaları sahəsində görüş keçirilib. Görüşdə Azərbaycan daşıyıcıları və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi də iştirak ediblər.
Görüş
zamanı iki ölkə arasında avtomobil nəqliyyatı
ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri
müzakirələr edilib, əməkdaşlığın genişləndirilməsinə
dair fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında mühüm razılaşma əldə edilib.
Belə ki, beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il
üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar
üçün isə 2500 ədəd icazə blankının
mübadilə edilməsi barədə qərar qəbul olunub.
Beləliklə, cari il üzrə beynəlxalq yük daşımaları üçün mübadiləsi
razılaşdırılmış İcazə blanklarının kvotası 5 dəfə artırılmış olub. Eləcə də,
cari və növbəti ildə daşıyıcıların tələbatlarının tam qarşılanacağı barədə
razılıq ifadə olunub.
Tərəflər “İcazə” blanklarının mübadiləsinin və verilməsinin
elektronlaşdırılması ilə bağlı mühüm razılıq əldə ediblər. Rəqəmsallaşma layihəsinin həyata keçirilməsi məqsədilə birgə
texniki işçi qrupunun yaradılması və 1 may tarixindən işlərə başlanılması
planlaşdırılır. Rəqəmsallaşma əməliyyat çətinliklərini minimuma endirməyə və
daşıma proseslərini şəffaf vəsürətli etməyə
imkan verəcəkdir.
Bununla yanaşı, beynəxalq yük daşımaları zamanı
qarşılaşılan məsələlərin operativ həll edilməsi məqsədilə tərəflərin aidiyyəti
qurumları arasında çevik əlaqənin qurulması üçün müvafiq mexanizm
razılaşdırılıb.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti
milli daşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçid məntəqəsinin
rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad Ticarət Zonasının ərazisində fəaliyyət
göstərən Logistik mərkəzlərin işi ilə yaxından tanış olub.
Nümayəndə heyəti Xorqos Gömrük-Keçid Məntəqəsinin fəaliyyəti
ilə də tanış edilib. Bildirilib ki, məntəqədə 4 qəbul və 4 göndərmə zolağı
olmaqla hazırda 8 zolaq üzrə gün ərzində 1200 yük nəqliyyat vasitələrinin
keçidi təmin edilir. Artan yük axını nəzərə alınaraq növbəti iki il ərzində qəbul
və göndərmə zolaqlarının sayının 20-yə
çatdırılması nəzərdə tutulur.
Logistik mərkəzlə milli daşıyıcılar arasında əməkdaşlığın
qurulması imkanları müzakirə edilib,
milli daşıyıcılarla logistik mərkəzlər arasında əlaqələrin qurulması üçün işlərə
başlanılması barədə razılığa gəlinib.
Eyni zamanda Xorqos şəhərində Çinin aidiyyəti dövlət
orqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının, Azərbaycan
və Çin daşıyıcılarının iştirakı ilə
görüş keçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcıların
qarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları, eləcə də
daşıyıcılar arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı video materiala keçid
Digər xəbərlər
01 May, 2026
185 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir
01 May, 2026
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
30 Aprel, 2026
142 nömrəli marşrutun avtobusları yenilənir
29 Aprel, 2026
Artıq xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür
29 Aprel, 2026
Naxçıvanda 150-ə yaxın sürücü üçün təlimlər təşkil edilib