Daha 3 istiqamət üzrə “biletim.az” portalından onlayn bilet almaq mümkün oldu
25 Fevral, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib.
Sərnişinlər artıq paytaxt Bakıdan Ağcabədi, Qəbələ və Şabrana, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər.
Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Mingəçevir, Göyçay, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə olmaqla 17 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 20-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 58-ə, nəqliyyat vasitələrinin sayı isə 115-ə çatdırılıb.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır