Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
10 Iyul, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 8 avqust 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də; Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da; Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də; Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də; paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
16 Iyun, 2026
Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb
15 Iyun, 2026
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri və taksi duracağı təşkil edilib
11 Iyun, 2026
Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası
09 Iyun, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır