“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçirilib
30 Yanvar, 2024
30 yanvar 2024-cü il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçirilib.
Təqdimat zamanı bildirilib ki, Yol Xəritəsinin hazırlanmasında 5 tematik qrup formalaşdırılıb. Tematik qruplarda həm dövlət, həm də qeyri-dövlət sektorundan cəlb edilən nümayəndələrin iştirakı ilə görüşlər keçirilib, araşdırmalar, təhlillər və müvafiq sahə üzrə qiymətləndirmələr aparılıb. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb, konsepsiya, proses xəritəsi və standartların müəyyən edilməsi istiqamətində tədbirlər görülüb. İstiqamətlər üzrə tədbirlər, onların icra müddətləri və icraçılar müəyyən edilib. Nəticədə kifayət qədər dolğun, hərtərəfli və bu sahənin bütün aspektlərini əhatə edən Yol Xəritəsi hazırlanıb.
Yol Xəritəsində 5 tematik qrup üzrə ümumilikdə 48 tədbir və 25 icraçı qurum müəyyən olunub.
Tədbirdə yol xəritəsinin geniş təqdimatı, əsas istiqamətləri, icra müddəti, icraçıların təqdimatı və digər təşkilati məsələlər haqqında da məlumatlar verilib.
Özəl sektorun nümayəndələri ilə fikir mübadiləsi formatında keçən iclasda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu, “Azərişıq” ASC, Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi sahəsində özəl sektorun rolu, istehlakçı hüquqlarının müdafiəsi, rəqabət mühitinin inkişafı və zəruri enerji infrastrukturunun yaradılması istiqamətində görüləcək işlər, qarşıda duran vəzifələr və prioritetlər mövzusunda müzakirələr keçirilib. Eyni zamanda Yol Xəritəsinin icrası zamanı vahid koordinasiya və kommunikasiya məsələləri ilə bağlı danışıqlar aparılıb.
Digər xəbərlər
16 Iyun, 2026
22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir
16 Iyun, 2026
Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb
15 Iyun, 2026
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri və taksi duracağı təşkil edilib
11 Iyun, 2026
Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası