“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”un iclası keçiriləcək
13 Noyabr, 2023
16 noyabr 2023-cü il tarixində saat 14:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”un iclası və Dünya Bankının “E-mobility” layihəsi üzrə ekspert missiyası ilə görüşü keçiriləcək.
İclas zamanı ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı yekun hesabatın təqdim olunması, altqrupun fəaliyyəti üzrə prioritet hədəflərin müəyyənləşdirilməsi, tematik qrupların yaradılması və 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması üzrə təkliflərin müzakirəsi nəzərdə tutulur.
Həmçinin iclas zamanı ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər, bu sahədə özəl sektorun rolu və həyata keçirdiyi layihələr üzrə müzakirələr, eləcə də Dünya Bankının “E-mobility” layihəsi üzrə qarşıda duran prioritetlər və tövsiyələr, əməkdaşlıq imkanları və layihənin icrasına hazırlıq barədə müzakirələrin aparılması planlaşdırılır.
Digər xəbərlər
16 Iyun, 2026
22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir
16 Iyun, 2026
Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb
15 Iyun, 2026
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri və taksi duracağı təşkil edilib
11 Iyun, 2026
Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası