“İcazə blankları”nın bölgüsü yeni qaydalara əsasən həyata keçirilib
22 Dekabr, 2021
Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizmi müəyyən edilib. Məqsəd icazə blanklarının bölgüsü prosesində ictimai iştirakçılığın təmin edilməsi, şəffaf və ədalətli bölgü mühitinin yaradılmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır. Eyni zamanda daha yüksək ekoloji və təhlükəsizlik standartlarına uyğun olan nəqliyyat vasitələrinin idxalının və daşımalarda istifadəsinin stimullaşdırılması da əsas hədəflərdəndir.
Yeni qaydaya əsasən daşıyıcılar çoxtərəfli illik icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətini, ekoloji sertifikatın surətini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi təqdim etməlidirlər.
Dekabr ayı üzrə aparılan təhlillərə əsasən, 15 şirkətin həmin sənədləri tam şəkildə təqdim etdiyi müəyyən olunub. Təqdim edilən sənədlər əsasında bölgü həyata keçirilib. Növbəti mərhələdə müvafiq sənədləri təqdim edəcək digər daşıyıcıların müraciətlərinə baxılacaq.
Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.
Digər xəbərlər
18 Sentyabr, 2026
Avtobuslar fasiləsiz xidmət göstərir
18 Sentyabr, 2026
Daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr, 2026
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb
17 Sentyabr, 2026
AYNA sərnişinlərə müraciət edir!
17 Sentyabr, 2026
2027-ci il üzrə BNF icazələrinin bölgüsü üçün tələb olunan sənədlər