İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır
22 Avqust, 2025
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına
uyğun olaraq, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması, həmçinin
geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr
meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub
və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz
tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən
dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin
əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir.
Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn
turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə
tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə
çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət
iştirakçıları tərəfindən geniş istifadə olunur.
Bütün bunları nəzərə alaraq, piyadalar arasında
populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə
İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.
Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin
inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə
marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq.
İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi
yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi
parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə
yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin
küçəyə daxil olması üçün şərait yaradılacaq.
Digər xəbərlər
16 Mart, 2026
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə yekunlaşır
16 Mart, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2026
83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
12 Mart, 2026
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
10 Mart, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb