141

Əsas Xəbərlər

Müsabiqə qaliblərinə və avtovağzallara hazır sənədlər təqdim olunur

Müsabiqə qaliblərinə və avtovağzallara hazır sənədlər təqdim olunur

26 Iyul, 2023

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətləri müsabiqəyə çıxarılaraq qaliblər müəyyən edilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

Müsabiqənin qalibləri – 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədlər “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən təqdim olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

AYNA tərəfindən avtovağzal və avtostansiyaların fəaliyyəti üçün onların kateqoriyalarına uyğun rəsmi sənədlərin verilməsi prosesi də davam etdirilir.

“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.

AYNA tərəfindən avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılması və pasportlaşdırılması nəzərdə tutulub.

                                                                     Qaliblər:

Marşrut

Daşıyıcı

Bakı-Biləsuvar-Bakı

fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu

Bakı-Qazax-Bakı

fiziki şəxs Hümmətov Həsən Ələddin oğlu

Bakı-Ağcabədi-Bakı

fiziki şəxs Məmmədov Namiq Mehdiqulu oğlu

Bakı-Lənkəran-Bakı

fiziki şəxs Əliyev Faiq Əziz oğlu

fiziki şəxs Fətullayev Anar Bahadur oğlu

Bakı-Quba-Bakı

fiziki şəxs Yusifzadə İlqar Əzim oğlu

fiziki şəxs Mövlanov Mənsur Seyidmurad oğlu

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Qusar-Bakı

fiziki şəxs Məstəliyev Xəyyam Səxavət oğlu

fiziki şəxs Mustafayev Güləli Nəbi oğlu

fiziki şəxs İsayev Rza Seyidmirzə oğlu

hüquqi şəxs “Uğurlu Yol” MMC

hüquqi şəxs “Quba Avtovağzal” MMC

Bakı-Xaçmaz-Bakı

fiziki şəxs Əkbərova Mehriban Telman qızı

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Nabran-Bakı

fiziki şəxs İsayeva Məlahət Teymur qızı

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Qusar (SDK)-Bakı

fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu

Bakı-Xudat-Bakı

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Şabran-Bakı

fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu

fiziki şəxs Qasımov Fətulla Əli oğlu

fiziki şəxs Qasımov Tərlan Əli oğlu

fiziki şəxs Hacıyev Nuru Fizuli oğlu

fiziki şəxs Ağayev Ağahüseyn Mahmudağa oğlu

Bakı-Oğuz-Bakı

fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu

Bakı-Göyçay-Bakı

fiziki şəxs Həşimov Abbas Məcid oğlu

Mingəçevir 5 nömrəli şəhərdaxili

fiziki şəxs Cəlilova Sürəyya Abbasəli qızı

“Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi”

hüquqi şəxs “Sahil” MMC

“Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi”

“F.Rövşən” İstehsalat Birliyi

 

Xəbəri sosial platformalarda paylaş: