Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
09 Iyun, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 34 və 75
nömrəli şəhərdaxili, 122, 156, 156 A, 196, 218 və 510 nömrəli şəhərətrafı,
Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu, Bakı–Şamaxı, Bakı–İsmayıllı, Bakı–Nabran,
Bakı–Quba, Sumqayıt-Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə, Gəncə–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə,
Şəki– Mingəçevir, Şəki–Gəncə, Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir, İmişli–Sumqayıt,
Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran, Mingəçevir–Bərdə,
Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir, Mingəçevir–Goranboy və Nabran–Xudat şəhərlərarası
avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 8 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Qax,
Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu və Bakı–Şamaxı istiqamətlərində 5 lot
üzrə iyulun 10-da;
Bakı–İsmayıllı, Bakı–Nabran və Bakı–Quba istiqamətlərində
5 lot üzrə iyulun 14-də;
Sumqayıt–Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə, Gəncə– Mingəçevir və Gəncə–Gədəbəy istiqamətlərində
5 lot üzrə iyulun 17-də;
Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki–Mingəçevir və Şəki–Gəncə
istiqamətlərində 5 lot üzrə iyulun 21-də;
Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir və
İmişli–Sumqayıt istiqamətlərində 5 lot üzrə iyulun 24-də;
Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı,
Masallı–Lənkəran və Mingəçevir–Bərdə istiqamətlərində 5 lot üzrə iyulun 28-də;
Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir və Mingəçevir–Goranboy
istiqamətlərində 3 lot üzrə iyulun 31-də;
Nabran–Xudat şəhərlərarası, paytaxtın 156 nömrəli (Hökməli qəsəbəsi –
metronun “Memar Əcəmi” stansiyası), 156A nömrəli (Hökməli qəsəbəsi (20 Yanvar
küçəsi) – metronun “Memar Əcəmi” stansiyası) şəhərətrafı avtobus marşrutları
üzrə 3 lotda iyulun 31-də;
34 nömrəli (Badamdar qəsəbəsi, 3-cü massiv – Elmi Tədqiqat
Tibbi Profilaktika İnstitutu), 75 nömrəli (Yeni Yasamal yaşayış massivi
(M.Xiyabani küçəsi) – Kamil Rəhimli küçəsi (Yasamal yaşayış kompleksi)) şəhərdaxili,
122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi), 196 nömrəli (Çeyildağ qəsəbəsi
– Lökbatan qəsəbəsi), 218 nömrəli (Türkan qəsəbəsi – metronun “Əhmədli”
stansiyası), 510 nömrəli (Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) şəhərətrafı avtobus
marşrutları üzrə 6 lotda avqustun 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir