Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
09 Iyul, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın
166, 207, 440, 441, 443 və 447 nömrəli şəhərətrafı, Bakı-İsmayıllı, Bakı-Daşkəsən,
Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Sumqayıt-Naftalan, Sumqayıt-Ağsu,
Sumqayıt-Cəbrayıl, Gəncə-Zaqatala, Gəncə-Balakən, Balakən-Gəncə, Mingəçevir-Gəncə,
Mingəçevir-Qax, Mingəçevir-Qəbələ, Ağdaş-Gəncə, Şəki-Gəncə, Şəki-Oğuz, Qəbələ-Şəki,
Oğuz-Gəncə, Bərdə-Zaqatala, Bərdə-Şəki, Bərdə-Gəncə, Şirvan-Şamaxı və
Neftçala-Sumqayıt istiqamətlərində, eləcə də Ağcabədi şəhəri üzrə 1 və 2 nömrəli
şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 7 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İsmayıllı,
Bakı-Daşkəsən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Sumqayıt-Naftalan,
Sumqayıt-Ağsu və Sumqayıt-Cəbrayıl istiqamətlərində 9 lot üzrə avqustun 25-də;
Gəncə-Zaqatala, Gəncə-Balakən, Balakən-Gəncə, Mingəçevir-Gəncə,
Mingəçevir-Qax, Mingəçevir-Qəbələ, Ağdaş-Gəncə, Şəki-Gəncə və Şəki-Oğuz istiqamətlərində
9 lot üzrə avqustun 28-də;
Qəbələ-Şəki, Oğuz-Gəncə, Bərdə-Zaqatala, Bərdə-Şəki,
Bərdə-Gəncə, Şirvan-Şamaxı və Neftçala-Sumqayıt istiqamətlərində 7 lot üzrə
sentyabrın 1-də;
paytaxtın 166 (Maştağa qəs. (Rəşid Behbudov küç.) -
Naxçıvanski küç)), 207 (Bülbülə qəs. (3-cü mədən) - Əmircan qəs.), 440
(Buzovna qəs. (26 nömrəli
orta məktəb) - Buzovna qəs. (Qədəmgah küç. Məscid)), 441 (Şüvəlan qəs. (İlqar
Muradov küç.) - Şağan qəs.), 443 (Şağan qəs. (Qazmaçılar küç. Ziyarətgah) -
Qala dəmiryol stansiyası) və 447 (Qala qəs. - Mərdəkan qəs. (mərkəz)) nömrəli şəhərətrafı,
Ağcabədi şəhərində 1 nömrəli (Hacıbədəlli kəndi - Göyçə küç. (Mərkəzi Xəstəxana))
və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küç). - Xan Şuşinski küç.) şəhərətrafı
marşrutları üzrə 8 lotda sentyabrın 3-də baxılacaq.
Qeyd: Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət sxemi
M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə
müəyyən edilib.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
09 Iyul, 2026
Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib
08 Iyul, 2026
Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb
06 Iyul, 2026
Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
03 Iyul, 2026
3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
02 Iyul, 2026
19, 20 iyun tarixlərində gündüz və gecə görülən işlərin xronikası