Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
03 Avqust, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə,
Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq
Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-
Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir, Beyləqan-Gəncə istiqamətlərində, həmçinin
qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə Xankəndidə 1, 2 və 3
nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 1 sentyabr 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə,
Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat,
Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara istiqamətlərində 8 lot üzrə sentyabrın 15-də;
Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər,
Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətlərində,
eləcə də Xankəndidə 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər
Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ
Universitetinin Klinikası – Şəhər mərkəzi) şəhərdaxili marşrutlar üzrə 8 lotda sentyabrın
18-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir