Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
07 Oktyabr, 2026
Sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın
166, 194, 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 10V nömrəli şəhərdaxili,
eləcə də Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam, Bakı-Kürdəmir, Sumqayıt-Qusar,
Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy, Mingəçevir-Qəbələ, Şəki-Oğuz,
Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki, Qax-Şəki və Astara-Lənkəran şəhərlərarası
avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sənədlər
5 noyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi
Cahangirov (mob: 077-455-99-06, e-poçt: cahangirov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqəyə
əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Qeyd:
- Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət
sxemi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil
yolu ilə müəyyən edilib.
- Balakən-Sumqayıt marşrut xəttinin günaşırı
(bir gündən bir) olmaqla fəaliyyət göstərməsi nəzərdə tutulub.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi,
Bakı-Ağdam və Bakı-Kürdəmir istiqamətlərində 5 lot üzrə noyabrın 20-də;
Sumqayıt-Qusar,
Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy və Mingəçevir-Qəbələ istiqamətlərində
5 lot üzrə noyabrın 24-də;
Şəki-Oğuz,
Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki və Astara-Lənkəran istiqamətlərində 5
lot üzrə noyabrın 27-də;
Paytaxtın
166 nömrəli (Maştağa qəsəbəsi – Naxçıvanski küçəsi), 194 nömrəli (Qobu Park
yaşayış kompleksi – metronun “20 Yanvar” stansiyası), 505 nömrəli (Ceyranbatan
qəsəbəsi – “Sədərək” ticarət mərkəzi – “Abşeron” ticarət mərkəzi), 506 nömrəli
(Masazır kəndi – “Abşeron” ticarət mərkəzi – “Sədərək” ticarət mərkəzi) şəhərətrafı,
Sumqayıt şəhərində 10V nömrəli (H.Z.Tağıyev qəsəbəsi (“Kosmonavt” yaşayış
massivi – Sülh prospekti (mərkəzi bazar) şəhərdaxili və Qax-Şəki şəhərlərarası marşrutları
üzrə 6 lotda dekabrın 1-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə etmək mümkündür.
Digər xəbərlər
07 Oktyabr, 2026
Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb
02 Oktyabr, 2026
5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
02 Oktyabr, 2026
Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
01 Oktyabr, 2026
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
01 Oktyabr, 2026
Daha 3 elektron tərəzi quraşdırılıb