Naxçıvanın nəqliyyat sistemində mühüm dəyişikliklər həyata keçirilir
20 Avqust, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata
keçirilir.
Naxçıvan
şəhəri üzrə aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən
formalaşdırılıb. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 9
marşrut xətti üzrə istismara 72 müasir avtobus cəlb edilib. Yeni marşrut şəbəkəsi
sayəsində şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi
95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib.
Taksi
minik avtomobilləri ilə sərnişin daşımaları üzrə 241 fiziki şəxsə “Buraxılış
kartı” verilib. Yükdaşıma fəaliyyəti üzrə ümumilikdə “Buraxılış vəsiqəsi” alan
daşıyıcıların sayı 263, “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə
946-dır.
Nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərin peşə hazırlığının və biliklərinin
artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə təlimlər təşkil edilir. Belə
ki, beynəlxalq yük daşımalarını həyata keçirən 75 sürücü təlimlərə cəlb olunub.
Həmçinin “Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından
istifadə ilə bağlı xüsusi proqram” üzrə 176 sürücü təlim keçib.
Yol
infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə Naxçıvan şəhərində və Muxtar Respublikanın digər ərazilərində yol
nişanlarının quraşdırılması və xətlərin çəkilməsi işləri həyata keçirilib. Bu
günədək Naxçıvan ərazisində ümumilikdə 1091 nişan quraşdırılıb, 385 kilometr
yolda nişanlanma işləri görülüb, 2259 piyada keçidi təşkil edilib və ya yenilənib.
Naxçıvanda həyata keçirilən bu dəyişikliklər ictimai nəqliyyatın
optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə,
piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.
Digər xəbərlər
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!
19 Sentyabr, 2026
“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
18 Sentyabr, 2026
Avtobuslar fasiləsiz xidmət göstərir