Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb
07 Oktyabr, 2026
2026-cı ilin sentyabr ayında kirayə xidmətində olan
mikromobillik vasitələrindən istifadə üzrə rekord göstəricilər qeydə alınıb.
Ay ərzində mikromobillik vasitələri 547 758 dəfə sifariş
olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox artım deməkdir.
Həmçinin ötən ay velosiped və skuterlərdən 264 050
nəfər istifadə edərək 2 647 688 km məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü
ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19%, qət
edilən məsafə isə 98%-dən çox artıb.
Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək nəticədir.
Digər xəbərlər
20 Noyabr, 2026
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
19 Noyabr, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb