Ramazan bayramında 37 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
25 Aprel, 2023
Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 20-dən 25-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 1397 reys həyata keçirilib, 37 min 517 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 400-yə yaxın avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 16 min 146 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
17 Aprel, 2025
5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
16 Aprel, 2025
Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilib
16 Aprel, 2025
Qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün daşıyıcılar məlumatlandırılıb
15 Aprel, 2025
Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivinin nəqliyyat əlçatanlığı artırılıb
14 Aprel, 2025
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib