Şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Iyul, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi,
Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax,
Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Qurbanzadə kəndi (Goranboy)-Gəncə
(Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə
(Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi
(Göygöl)-Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı),
Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə
(Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157
nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi) - Bakı Beynəlxalq Avtovağzal
Kompleksi (BBAK) şəhərlərarası və şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 09 avqust saat
17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri,
Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:
050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas
avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə
komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi,
Bakı-Naftalan, Sumqayıt-Quba istiqamətlərində 6 Lot üzrə avqustun 26-da;
Şəki-Oğuz, Lənkəran-Sumqayıt,
Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə
avqustun 29-da;
Qurbanzadə kəndi
(Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal),
Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə
(Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal) istiqamətlərində
5 Lot üzrə sentyabrın 2-də;
Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə
(Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi
(Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı
şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi)-Bakı Beynəlxalq
Avtovağzal Kompleksi istiqamətlərində 5 Lot üzrə sentyabrın 5-də baxılacaq.
Lotlar üzrə marşrutların
qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərətrafı marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb