Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır
23 Dekabr, 2025
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə
taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin
(buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən
edilmişdir.
Kvotanın tətbiqi ilə əlaqədar
qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilmişdir. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi
vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və
onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr
2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və
vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.
Müraciət edən şəxslərdən xahiş olunur
ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim
etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə
qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Müraciət zamanı sistemə yüklənən sənədlərin
düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar
edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin
statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək
üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə
olunur.
Elektron qaydada təqdim olunmuş
müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə
dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən
olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv
ediləcək.
Növbəti
ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota
sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə
proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər xəbərlər
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir
31 May, 2026
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir