Taksi sürücülərinin identifikasiyası üçün SİMA texnologiyasının tətbiqinə başlanıldı
10 Iyul, 2025
AYNA tərəfindən taksi sifarişi
operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqi istiqamətində daha bir mühüm
addım atılıb.
SİMA rəqəmsal
identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş Bolt, Uber və Yango
mobil tətbiqinə inteqrasiya edilib.
Hazırda taksi sektorunda diqqət mərkəzində
olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. Bolt, Uber və Yango tətbiqinə SİMA texnologiyasının inteqrasiyası
bu kimi halların qarşısının
alınması istiqamətində
mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq baxımından da
mühüm əhəmiyyət kəsb edir.
İnteqrasiya nəticəsində artıq Bolt, Uber və Yango mobil tətbiqi üzərindən sifariş
alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə
öz şəxsiyyətlərini təsdiqləyəcəklər.
Bu funksionallıq bir neçə mərhələdə tətbiq
olunur:
-
Tətbiqə
ilkin qeydiyyat zamanı;
-
Sistemə
yenidən daxil olduqda (re-login);
-
Alqoritm
əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları
zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin
tamamlanması gözlənilir).
Bu
texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə
qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə
də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
Qeyd
edək ki, “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA xidməti SİMA Rəqəmsal Həllər
Platformasına daxildir və həm dövlət qurumlarına, həm də özəl sektora vətəndaşların şəxsiyyətini
dəqiq şəkildə müəyyən etmək imkanı verir. Xidmət üz cizgiləri əsasında
biometrik identifikasiya apararaq şəxsin kimliyini təsdiqləyir.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb