Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başlayıb
25 Aprel, 2023
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparılıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanları təhlil edilib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.
İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.
Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.
Digər xəbərlər
20 Noyabr, 2026
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
19 Noyabr, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb