Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub
14 Avqust, 2026
AYNA
tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində
işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və
mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini
və rahatlığını təmin etməkdir.
Kəsintisiz
mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Görülən
işlər çərçivəsində Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Bununla
da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib.
Ərazidə
müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin
quraşdırılması həyata keçiriləcək.
Şəhər
konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd
xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti
iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir