Yeni istiqamətlər üzrə keçiriləcək müsabiqənin tarixləri açıqlanıb
05 Iyul, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 19 iyun 2023-cü il tarixində müsabiqəyə təqdim etdiyi Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi rayondaxili, Abşeron rayonunun Görədil qəsəbəsi-Xırdalan şəhəri 592 və Güzdək qəsəbəsi-Bakı şəhəri 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqəni avqust ayında keçirəcək.
İddiaçıların təklifləri komissiya tərəfindən 592 nömrəli (Görədil-Xırdalan-Görədil) və 553 nömrəli (Güzdək-BBAK-Güzdək) marşrut xətləri üzrə avqustun 3-də müsabiqə keçirilən zaman açıqlanacaq.
“Tərtər-Talış-Tərtər”, “Horadiz-Ağalı-Horadiz”, “Xudat-Bakı-Xudat”, “Şabran-Bakı-Şabran” müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqə isə avqustun 4-də keçirəcək. İddiaçıların təklifləri komissiya tərəfindən 5 Lot üzrə müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır