05-06-2020
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi dövründə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda stasionar postlar fəaliyyət göstərir.
Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə yanaşı qarşılıqlı dəstək tədbirləri çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişləri da xidmət göstərir. Bu həssas dövrdə yollarda bizim üçün xidmət göstərən hər kəsə təşəkkür!