28-09-2020
Əziz həmvətənlər və yol iştirakçıları!
Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.2.-ci bəndində nəqliyyatın məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi ilə bağlı tapşırığa uyğun olaraq, xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə əlaqədar son xəbərləri ictimaiyyətlə operativ şəkildə bölüşəcəyik! Sizdən xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə edəsiniz!