28-09-2020
Regionlarda ictimai nəqliyyatın hərəkət qrafiki barədə yenilənən xəbər:
28 sentyabr tarixindən Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan regionlarımızda sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək. Bir daha vurğulamaq istərdik ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!