İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib.
Yerli nəqliyyat müəssisələrinə və daşıyıcılara dəstək məqsədilə keçirilən işgüzar görüşdə dövlət qurumlarının nümayəndələri, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.