• Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri
  • Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri

Şuşa və Ağdama müntəzəm avtobus marşrutunun təşkilindən bir il ötür

24-01-2023

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas strateji məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövcud infrastruktur nəzərə alınmaqla 24 yanvar 2022-ci il tarixində Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları istifadəyə verdi. Artıq bir ildir ki vətəndaşlarımız Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı, Bərdə-Ağdam-Bərdə istiqamətlərində səfər edə bilirlər.

Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şuşa və Ağdama təşkil edilən ilk səfərin birinci ildönümü ilə əlaqədar sərnişinlərlə səfər öncəsi görüş keçirilib. Sərnişinlər bu əlamətdar hadisə münasibətilə təbrik edilib, onlara “Azərpoçt” MMC-nin nəşr etdirdiyi “Zəfər Günü” adlı poçt bloku hədiyyə olunub. “Şuşa şəhid övladlarının gözü ilə” mövzusunda hazırlanmış poçt blokuna daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsmləri əksini tapıb.

AYNA-nın İdarə heyəti sədrinin müavini Heydər Rüstəmov bildirib ki, Qarabağda şəhər və kəndlər salınır, yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir. İşğaldan azad edilmiş bölgələrimizdə iri layihələr reallaşdırılır və tezliklə vətəndaşlarımız yenidən öz doğma ocaqlarına qayıdacaqlar. AYNA-nın həmin bölgəyə təşkil etdiyi avtobus reysləri ilə gedən sərnişinlər qədim yurd yerlərimizi, şanlı qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilirlər.

Müntəzəm avtobus marşrutları ilə bu günə qədər ümumilikdə 506 reys uğurla həyata keçirilib, 21015 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.   

Şuşaya 17021 sərnişin səfər edib. Onlardan 11905 nəfər Bakı-Şuşa-Bakı, 5116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 3994 sərnişin səfər edib. Onlardan 2013 nəfər Bakı-Ağdam-Bakı,1981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

Haqqımızda Ümumi məlumat Nizamnamə Struktur
Fəaliyyət Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
Qanunvericilik Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
Xidmətlər Elektron xidmətlər Dövlət xidmətləri
Media Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
Əlaqə Ünvan Onlayn müraciət Qəbul günləri

AZƏRBAYCAN YERÜSTÜ NƏQLİYYAT AGENTLİYİ