13-02-2023
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. AYNA tərəfindən təşkil olunan 11 təxliyə avtobusu ilə indiyədək 433 vətəndaşımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib. Vətəndaşlar ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırlır. Hazırda sərhəddə ehtiyat avtobusları da mövcuddur.