14-02-2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nəqliyyat nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Özbəkistan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Avtomobil nəqliyyatı sahəsində əlaqələrin inkişafı, yüklərin vaxtında və maneəsiz daşınmasının təşkili, ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artırılması barədə fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı iki ölkənin tranzit potensialının genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.