• Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri
  • Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri

AYNA-da təlimlər distant formada da keçirilir

07-03-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlimlər davam edir. Təlimlər beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin və sürücülərin hazırlığı, yenidən hazırlığı ilə bağlı istiqamətləri əhatə edir.

Mart ayından isə təlimlər distant formada da təşkil olunur. Sənədlərini Təlim-Tədris Mərkəzinə təqdim edən və müqavilə bağlayan hər kəs kompüter vasitəsilə “ayna.empro.az” saytına daxil olaraq onlayn qaydada təlimlərə qoşula bilər.

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib. Tələblərə əsasən, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığı və yenidən hazırlığı vacib şərtdir.

Hazırlıq zamanı sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat verilir. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar öyrədilir.

Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksəkixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla aparılır. Yekunda imtahanlar Bakıda olduğu kimi, regionlarda da elektron qaydada keçiriləcək.

Bu günədək təlimlərdə 4000-dən çox sürücü iştirak edib. Ümumilikdə 8000-dən çox sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmək istəyən sürücülər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Haqqımızda Ümumi məlumat Nizamnamə Struktur
Fəaliyyət Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
Qanunvericilik Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
Xidmətlər Elektron xidmətlər Dövlət xidmətləri
Media Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
Əlaqə Ünvan Onlayn müraciət Qəbul günləri

AZƏRBAYCAN YERÜSTÜ NƏQLİYYAT AGENTLİYİ