10-05-2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qanvermə aksiyası təşkil olunub.
Aksiyada qurumun əməkdaşları fəal iştirak ediblər. Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankında həkim-hematoloqlar tərəfindən qiymətləndirilib. Anemiya testi edildikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib. Beləliklə, aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.
Qeyd edək ki, toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.