• Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri Parklanma
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri
  • Haqqımızda
    Ümumi məlumat Nizamnamə Struktur
  • Fəaliyyət
    Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
  • Qanunvericilik
    Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
  • Xidmətlər
    Elektron xidmətlər Dövlət xidmətləri Parklanma
  • Media
    Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
  • Əlaqə
    Ünvan Onlayn müraciət Qəbul günləri

Tərtərdə yaşayan şəhid ailələrinin üzvləri Şuşaya səfər ediblər

29-08-2023

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Tərtərdə yaşayan şəhid ailələrinin Şuşaya səfəri reallaşdırılıb. Səfərdə 80-ə yaxın şəhid ailəsi üzvü iştirak edib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.

Səfər çərçivəsində onlar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.

Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.

Qeyd edək ki, bu il ərzində Ağdaş, Gəncə və Lənkəranda yaşayan şəhid ailəsi üzvlərinin də Şuşaya səfərləri təşkil olunub.

Haqqımızda Ümumi məlumat Nizamnamə Struktur
Fəaliyyət Fəaliyyət istiqamətləri Beynəlxalq əməkdaşlıq
Qanunvericilik Konstitusiya Qanunlar Azərbaycan Respublikası Prezidentinin aktları Digər aktlar Nazirlər Kabinetinin aktları
Xidmətlər Elektron xidmətlər Dövlət xidmətləri Parklanma
Media Xəbərlər Hesabatlar Satınalmalar Elanlar
Əlaqə Ünvan Onlayn müraciət Qəbul günləri

AZƏRBAYCAN YERÜSTÜ NƏQLİYYAT AGENTLİYİ