27-09-2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.
Tədbirdə AYNA-nın Vətən müharibəsində iştirak edən əməkdaşları çıxış edərək keçdikləri döyüş yolundan danışıblar. Bildirilib ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Daha sonra İkinci Şəhidlər xiyabanında Vətənin azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlarımızın məzarları ziyarət olunub.